Şairə Xanım İsmayılqızı “JEK”-dən şikayətçidi


16:31     23 May 2015 11102964_1590126641229734_3719373396166079303_n.jpg

Yazıçılar birliyinin üzvü aidiyyatı qurumların işindən şikayətçidi


Femida.az- a açıqlama verən Xanım İsmayılqızı bunları bildirib: ”Bizim bina Yasamal rayonu ərazisində, Mətbuat prospekti, Zərdabi kücəsi 70-də-, ”3 tac” binası ilə, zərgərlik zavodunun arasındakı 9 mərtəbəli binadır. Dünəndən etibarən penoplast üzlüklər sökülməyə başlayıb. Bu təhlükə bizi narahat edirdi. İndi də səs-küydən narahatçılıq keçiririk.”

Bundan əlavə şairə Xanım digər bir problemdən də şikayətləndi :” bina üçün zibil qabları çox uzaq məsafədə qoyulub.Binanın blokunda neçə vaxtdı su axır.Taxta qoyub keçirik.Ancaq hələ də maraqlanan yoxdur.JEK-in işçilərini yalnız pul yığanda görürük.Liftimiz də xarab olub.Özümüz pul yığıb təmir etdiririk.Ümumi binanın su-kanalizasiya sistemi bərbad vəziyyətdədir.Problemləri deməklə bitməz.Qarşıdan yay gəlir.Binanın yanında göl var.Burada ağcaqanadların əlindən dayanmaq mümkün deyil.Vaxtında dərman vurulmalıdır ki, belə hallar baş verməsin.”

Xanım İsmayılqızı məsələ ilə bağlı aidiyyatı qurumlara bina sakinlərinin dəfələrlə müraciət etməsinə baxmayaraq, bir nəticənin olmadığını qeyd etdi.

Məsələ ilə bağlı aidiyyatı qurumların da fikirlərini öyrənəcəyik.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1148