İrana bağlı radikal qruplaşmasının lideri tutuldu


19:38     15 Dekabr 2015 151215070706_bin_salman_getty__512x288_getty_nocredit.jpg


Nigeriyada İran İslam Respublikasına bağlı “Nigeriya İslam Hərəkatı” adlı radikal şiə qruplaşmasının lideri axund İbrahim Zakzaki tutulub.


Femida.az xəbər verir ki, İbrahim Zakzaki noyabrın 13-də Nigeriya polis qüvvələrinin onun mənzilinə hücumundan sonra tutulub. Polisin mənzilə və “Nigeriya İslam Hərəkatı”nın qərargahına hücumu nəticəsində yaranan silahlı qarşıdurmada onlarla radikal şiə öldürülüb, hərəkatın rəhbəri İbrahim Zakzaki isə ağır yaralanaraq həbs edilib. Silahlı qarşıdurmada ölənlər arasında İbrahim Zakzakinin həyat yoldaşı və bir oğlu da var.

Nigeriya polisi ekstremist qrupun ölkədə dini çaxnaşma yaratmaq cəhdinin qarşısını almaq və onun Nigeriya ordusunun komandanına qarşı hazırladığı sui-qəsd planını zərərsizləşdirmək məqsədi ilə hücuma keçdiyini bildirib. Şiə lideri isə Nigeriya hökumətinin ona və onun basşçılıq etdiyi hərəkata qarşı irəli sürdüyü ittihamları rədd edib.

Qeyd edək ki, 2014-cü ildə Nigeriya polisi ilə silahlı qarşıdurmada 3 oğlunu itirən İbrahim Zakzaki deyib ki, o, “Nigeriya İslam Hərəkatı”nı İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin islam hakimiyyəti ilə bağlı ideyasından ilham alaraq yaradıb.

Açar sözlər:

Oxunub: 1233