İrana qarşı sanksiyaların müddəti uzadıldı


03:21     12 Aprel 2016 Hassan-Rouhani-0124.jpg

Avropa Birliyi İranda insan hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiqinin müddətini artırıb.

Femida.az -ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi sənəddə deyilir:

“Birlik 11 aprel 2016-cı ilə qədər nəzərtə tutulmuş sanksiyaların müddətini 13 aprel 2017-ci ilə qədər artırıb. İranda insan hüquqlarını pozan 82 şəxsə və bir hüquqi insana qarşı məhdudlaşdırıcı tədbirlər görüləcək”.

Qeyd olunur ki, bu qərar aprelin 12-də Avropa Birliyinin rəsmi jurnalında dərc olunandan sonra qüvvəyə minəcək.

Açar sözlər:

Oxunub: 955