Nəsimi rayonunda mənzil yandı


23:17     07 Fevral 2016 ev%20yandi.jpg

Bu gün Nəsimi rayonunda yerləşən mənzildə yanğın hadisəsi baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 0.5 kv.m sahədə döşəmə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:30-da söndürülüb.

Açar sözlər:

Oxunub: 959