Nəsimi polisi cibgiri saxladı


16:17     31 Yanvar 2017 cibgirə.jpg

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Cəlal İsmayılova məxsus pulu oğurlayan şəxs saxlanılıb.


Femida.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tutulan İmişli rayon sakini Tural Aslanov 350 manat və metro kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinir.

Femida.az

Açar sözlər:

Oxunub: 1018