Deputatın rəis, generalın prokuror oğlu - XRONİKA


14:50     19 Mart 2016 daxili%20isler.jpg


Femida.az həftə ərzində baş vermiş hüququ-mühafizə xəbərlərinin xronikasını oxucularına təqdim edir.

Prezident əfv etdi

Prezident İlham Əliyev verdiyi sərəncamla yüzdən artıq məhbusu əfv etdi.

***

Əfv olunan tanınmışlar

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər həbsdən azad edilib.



***

Cinayət Məcəlləsinə dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə, zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

***

Qalmaqallı rəis işdən çıxarıldı

Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə bu gün Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyev işdən çıxarılıb.

***



Ramil Usubovdan yeni rəis təyinatı

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yeni polis rəisi təyin edib.

***

Aqil Abbasın oğlunu yeni vəzifə verildi

Tuncay Abbasova yeni vəzifə verildi.


***

Şəhid generalın oğlu prokuror təyin olundu

Bakının iki rayonuna yeni prokuror təyin edilib.

***

Vəkillər Kallegiyasına qəbul başlayır

Sənədlər Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48-də yerləşən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında 2016-cı il aprel ayının 4-dən avqust ayının 4-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 14:00-dan 18:00-dək qəbul olunur.

***

Cərimələri ödəməyənlər ölkədən çıxa bilməyəcək

Azərbaycan prezidenti İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyişikliklə bağlı fərman imzalayıb.

***

Gömrükdə narkotika əməliyyatı

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkarlayıblar.

***

Ağdamda silahlı insident

Ağdamda baş verən insidentin təfərrüatı açıqlanıb.

***

İran sərhədində atışma: 5 ölü

Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınan zaman öldürülən 5 nəfərin kimliyi bilinib.

***

Nardaranda xüsusi əməliyyat

Hüquq-mühafizə orqanlarının əməkdaşları Nardaranda xüsusi əməliyyat keçiriblər.

***

Toy gecəsi öldürülən gəlinlə bağlı şok təfərrüat

Ucarda öldürülən gəlin Səbinə Rəhimovanın qətlinin şok təfərrüatı məlum olub.



***

Gəncədə bıçaqlanan qız rəqqasə imişi



Zərərçəkən Nuriyyə Cabbarova bildirib ki, o şəhərin şadlıq saraylarından birində rəqqasə işləyir: “Dəfələrlə məni təhdid edirdi, axtarırdı, vururdu. Bu gün də toydan, işdən çıxırdım, bir yer var, oradan anama kətə almağa getmişdim. Oradan çıxanda iş yoldaşım Samir maşınla məni evə aparmaq istədi, o da gəldi, maşının qapısını açdı, mənə yumruq vurdu. Mən üzümü çəkəndə qolunda bıçaq gizlətmişdi, üzümdən vurmaq istəyəndə maşından o tərəfə keçdim və qıçımdan vurdu".

***

Ağcabədidə ağır qəza: ölənlər var

Ağcabədidə ağır yol qəzası baş verib.

***

Vidadi Bərdəlinin oğlu qətl törətdi

Vəfat etmiş müğənni Vidadi Bərdəlinin oğlu olduğu iddia edilən Tural Allahverdiyev qətl törədilib.

***

Yevlaxda qadını döyərək öldürdülər

Yevlax şəhərində qətl hadisəsi baş verib.

***

Bakıda qəribə olay: şapalaqla adam öldürdü

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Aslan İsmayılova yaşadığı evdə tanışı Elvin Əliyev sillə ilə vurub. Nəticədə A.İsmayılov yıxılaraq ölüb.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 6158