Deputatın həkim əmisindən ittihamlara cavab - VİDEO
01:47 01 İyul 2016
Sumqayıtda 81 yaşlı cərrahın əməliyyat etdiyi xəstə bu gecə dünyasını dəyişib.
3 uşaq anası Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb.
Xəstənin yaxınları isə Lumu Veyisovun ölümündə həkimi günahlandırırlar. İddia edirlər ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.
Xəstəni əməliyyat edən həkim Cəfər Quliyev isə bununla razılaşmayıb. Açıqlama verən həkim məslənin təfərrüatları barədə məlumat verib.
O xəstənin xəstəxanaya gec çatdırıldığını, vəziyyətinin ağır olduğunu bildirib. Xəstənin öd kissəsində ağır irinli proses olub, ətraf damarlarda da irinləşmə prosesi gedib. (Ans tv)
Xatırladaq ki, adı xəstənin ölümündə hallanan həkim Cəfər Quliyev millət vəkili Fərəc Quliyevin əmisidir.
Femida.az
Oxunub: 1285
Oxşar xəbərlər
- Deputatın oğlu maşınla adam vurub? - Digər oğlu danışdı (Yenilənib)
- Deputatın səhhəti ilə bağlı oğlundan AÇIQLAMA
- Deputatın xanımı intihara cəhd etdi
- Deputatın məmur qohumu öldü
- Deputatın `qardaşı qızı`na 8 il HƏBS
- Deputatın evindən gəlin köçdü... - Foto + Video
- Deputatın oğlu prokuror müavini təyin olundu
- Deputatın oğlu təqsirkar sayıldı
- Deputatın 81 yaşlı əmisi işdən çıxarıldı
- Deputatın rəis, generalın prokuror oğlu - XRONİKA