Sınaq imtahanının nəticələri açıqlanıb


01:26     07 Aprel 2016 tqdk2016030104.jpg

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də keçirilən sınaq imtahanının nəticələrini elan edib.


TQDK-dan Femida.az-a verilən məlumata görə, hər bir abituriyent bu qurumun internet saytına daxil olaraq imtahan nə

ticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48.123 abituriyentdən 2.566-sı imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün üç abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45.550 abituriyentin imtahan nəticələri yerləşdirilib.

Açar sözlər:

Oxunub: 995