Sınaq imtahanının nəticələri açıqladı


21:21     06 May 2015 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb.


TQDK-dan Femida.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49994 abituriyentdən 3181 nəfəri imtahana gəlməyib.

Qaydalara zidd hərəkətlərə yol verdikləri üçün 11 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46802 abituriyentin imtahan nəticələri yerləşdirilib.

IV qrup üzrə 1 nəfər ən yüksək nəticə - 700 bal toplayıb.

Açar sözlər:

Oxunub: 417