Tarixi qələbə - millimiz dünya çempionatında
02:34 13 Aprel 2016
Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində doğma meydanda Hollandiya ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən oyunu avstriyalı Cerald Baurnfeind idarə edib. Tino Peresin komandasında meydana Hüseynli (qapıçı), Eduardo, Augusto, Amadeu, Rafael çıxıblar.
Rəqib Hollandiyadan isə start heyətdə van Maasbommel (qapıçı), El Qannouti, Ceyar, El Morabiti, Darri yer alıblar.
Səfərdə 5:1 hesabı ilə qələbə qazanan futzalçılarımız doğma meydanda da məğlub olmayıb. Hollandiya yığmasına qarşı cavab görüşündə də əzmkar mübarizə aparan millimiz 4:4 hesabı ilə heç-heçə edib. Komandamız iki oyunun nəticəsinə görə Kolumbiyada keçiriləcək mundiala tarixində ilk dəfə vəsiqə qazanıb.
Femida.az
Oxunub: 940
Oxşar xəbərlər
- Tarixi kənd qazsız və işıqsız qaldı – Tovuzda nə baş verib?
- Tarixi abidələrin qorunması ilə bağlı təklif
- Tarixi referendum başladı
- Tarixi müqavilənin 22-ci yaşı
- Tarixin ən dəhşətli nüvə qəzaları - Videolar
- Tarixi binalar hansı hallarda sökülür?
- Tarixi torpağımız Zəngəzurdan son fotolar
- Tarixi abidəni dağıdanlar tutuldu
- Tarixin ən böyük neft faciələri
- Tarixin ən qəddar 10 cinayətkar qadını