Əliyevlə Sarkisyan görüşəcək - TƏCİLİ


16:57     12 May 2016 aliyev%20sarkisyan2.jpg

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək.


Femida.az xəbər verir ki, bu haqda İrəvandakı diplomatik mənbə TASS-a bildirib. “Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq”-mənbə bildirib.

Qeyd edək ki, az əvvəl ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb.

Bəyanatda deyilir:

"Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb. Xarici işlər nazirlərimiz bu görüşün gələn həftə Vyanada keçirilməsinə yardım etməyə hazırdırlar. Onların əsas vəzifəsi atəşkəs rejimini gücləndirmək və müzakirə olunan elementlər və prinsiplər əsasında münaqişənin hərtərəfli həlli barədə danışıqların bərpa edilməsi üçün əlverişli şərait yaradacaq etimad tədbirləri üzrə konsensus əldə etmək olacaq", - deyə bəyanatda deyilib.

Femida.az

Açar sözlər:

Oxunub: 6017