500 milyon manat kreditin vaxtı keçib
14:00 24 May 2016
Hesablama Palatası tərəfindən aparılan təhlillərə əsasən dövlət zəmanəti ilə verilmiş və Mərkəzi Bankdan kredit almış bir sıra təşkilatlar həmin kreditin və ona hesablanmış faizlərin ödənişi zamanı müəyyən çətinliklərlə üzləşir.
Bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, bu da son nəticədə ödənişin büdcənin digər mənbələri hesabına aparılması zərurəti ilə nəticələnir.
Müəyyən olunub ki, bir sıra hallarda büdcədən maliyyələşən təşkilatlara, nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərə Mərkəzi Bankdan hökumət zəmanətli kreditlər verilir ki, bunun da ödənişi daxili borc üzrə xidmət xərclərində nəzərdə tutulmadığından hökumətin müvafiq sərəncamları ilə növbəti ilin büdcəsində əsaslı vəsait qoyuluşu planlaşdırılarkən müvafiq vəsaitlərin həmin təşkilatların nizamnamə kapitalının və ya aktivlərinin artırılmasına yönəldilməsi kimi nəzərdə tutulur.
Mərkəzi Bank tərəfindən verilmiş məqsədli kreditlər barədə məlumata əsasən Hesablama Palatası tərəfindən aparılan təhlil nəticəsində müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 mlrd. 769,78 mln. manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 mln. manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 mln. manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Vaxtı keçmiş borclar əsasən “ Azəraliminium” ASC üzrə (76 mln. manat əsas borc, 18,7 mln. manat faiz borcu), “Azərenerji” ASC üzrə (əsas borc üzrə 29,9 mln. manat), “Azərbaycan Hava Yolları” QSC (əsas borc üzrə 270,47 mln. manat əsas borc, faiz borcu üzrə 104,15 mln. manat) müşahidə olunub.
Adıçəkilən təşkilatların hesabat ilində vəsaitlərin icrası ilə bağlı təqdim etdiyi hesabat göstəriciləri üzrə aparılan təhlil işləri onların maliyyə vəziyyətlərinin qeyri-qənaətbəxş olmasından xəbər verir ki, bu da qeyd olunan təşkilatların dövlət zəmanətli kreditlər üzrə borcunun vaxtında qaytarılmaması ehtimalını artırır. Bütün bunlar isə öz növbəsində dövlət zəmanətli kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riskini artırır. (Apa)
Femida.az
Oxunub: 964
Oxşar xəbərlər
- 500-dən yuxarı bal toplayanlar BDU-nu seçib
- 500 ailəyə bayram sovqatı paylanılıb
- 500 məhbus əfv edildi - Ramazan münasibətilə
- 500 manat oğurlayan şəxs tutuldu
- 500 min şüşə şərabımız Çinə göndərilir
- 500 manat borca görə intihara cəhd etdi
- 500-dən çox şəxs işdən çıxarılıb - `MTN işi`nə görə
- 500 sakinin problemi həll olundu
- 500 İŞİD-çi öldürüldü
- 500 məhbus həbsxanadan qaçdı - TƏHLÜKƏ