500 İŞİD-çi öldürüldü


16:54     19 İyun 2016 1466323982.jpg

Fəllucə əməliyyatları zamanı İraq ordusu 500 İŞİD terrorçusunu məhv edib.


Femida.az xəbər verir ki, əməliyyatlar zamanı İŞİD-in yüksək vəzifəli şəxsi Əhməd Məcidin də öldürüldüyü bildirilib.

Hazırda İŞİD-dən azad edilən şəhərdə terrorçuların yerləşdirdikləri gizli bombalar tapılaraq təsirsiz hala gətirilir.

Qeyd edək ki, İraq ordusu mayın 23-də başlayan əməliyyatlardan sonra iyunun 17-də Fəllucəni İŞİD-dən geri alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1029