62 yaşlı sakini ilan sancıb


23:03     08 İyun 2016 610x380xilan.JPG.pagespeed.ic.dMsB1YOkah.jpg

Şəki rayonunda 62 yaşlı kişini ilan sancıb.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün saat 15.00 radələrində rayonun Qoxmuq kənd sakini, 1954-cü il təvəllüdlü Fərrux Rəcəb oğlu Səmədov xəstəxanaya daxil olub.

Məlum olub ki, 62 yaşlı F. Səmədov yaşadığı kəndin yaxınlığındakı dağlıq ərazidə işləyərkən ilan qəfildən onun sol qolunun bilək nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən F. Səmədova lazımı tibbi yardım göstərilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

F. Səmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1311