Portuqaliya Avropa çempionatının qalibi oldu


13:15     11 İyul 2016 portcempionnn.jpg

Portuqaliya yığması AVRO-2016-nın qalibi olub.



Femida.az-ın məlumatına görə, “Stad de Frans” stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini 1:0 hesabı ilə məğlub edib.

Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində portuqaliyalılar qələbə qolunu vurublar.

Beləliklə, Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionatının qalibi olub.

Açar sözlər:

Oxunub: 1122