Portuqaliya Aİ-dən kömək istədi


01:14     14 Avqust 2017 mese%20yangini.jpg

Portuqaliya meşə yanğınlarının söndürülməsi üçün Avropa İttifaqından kömək istəyib.


"RİA Novosti"nin verdiyi məlumata görə, ölkənin daxiili işlər naziri Konştansa Urbana de Souza Aİ-dən yanğınsöndürmə aviasiyasının və yanğınsöndürənlərin sayının artırılmasını istəyib.

Məlumata əsasən, yanğın ilə 6,5 min yanğınsöndürən mübarizə aparır. Yanğınlar ilə əlaqədar Koimbra dairəsində və ölkənin mərkəzində bir neçə bələdiyyədə fövqəladə vəziyyət elan olunub.

Qeyd edək ki, iyunda bir neçə gün Pedroqan-Qrandi bələdiyyəsində davam edən meşə yanğınları 64 nəfərin ölümünə səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 924