Çilidə körpü uçdu, vaqonlar çaya düşdü


22:45     20 Avqust 2016 korpu%20ucub.jpg

Çilidə Toltek çayı üzərindən keçən dəmiryolu körpüsü naməlum səbəblərdən çöküb.


Femida.az "Euronews"-a istinadən xəbər verir ki, hadisə Pitrufquen şəhərində baş verib.

Kimyəvi maddə daşıyan yük qatarı körpüdən keçərkən qatar yolu ikiyə ayrılıb. Altı vaqon çaya düşüb. Qəza zamanı insan itkisi olmayıb.

Çili dəmiryolu işçiləri qəzanını səbəbini müəyyən etmək üçün işə başlayıblar. Xilasetmə işçiləri isə suya düşən kimyəvi maddə dolu vaqonların ətraf mühit və sakinlər üçün təhlükə təşkil etmədiyini bildiriblər.

Açar sözlər:

Oxunub: 1165