Çilidə təyyarə qəzası - Ölən və yaralananlar var


13:23     21 Yanvar 2017 teyyare%20qezasi4.jpg

Çilinin mərkəzi bölgəsində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Araukanya vilayətində qeydə alınıb.

İnsident nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Təyyarənin naməlum səbəbdən meşəlik əraziyə düşdüyü bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1142