Nabranda 100 nəfəri polis saxladı - Video


00:51     14 İyul 2015 nabr.jpg

Xaçmazda keçirilən avtoreyd zamanı yüzdən artıq sürücü saxlanılıb.


Femida.az xəbər verir kiŞ Baş Dövlət Yol Polisi İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları, Nabran istirahət zonasında avtoreyd keçirib.

10 saat davam edən reyd zamanı bir sıra qayda pozuntuları aşkarlanıb, nəticədə 100-dən artıq sürücü saxlanılıb.

Daha çox qayda pozunutusu gecə saatlarında qeydə alınıb. Reyd zamanı sürücülərin sərxoş olub-olmamalarını müəyyən etmək üçün tibbi müayinə aparılıb.

Sənədlərini və avtomobillərinin açarlarını polisə təhvil verməkdən imtina edən sürücülərə də rast gəlinib. Bununla yanaşı, bəzi sərxoş sürücülər polisə tabe olmayaraq müqavimət göstərib.

Bu reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 1060