83 yaşda ailə qurdular - Azərbaycanda


13:39     14 Oktyabr 2016 479147.jpg

2016-cı ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 42179 nikah qeydə alınıb.


Femida.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib.

Qurum rəsmisi nikaha daxil olanların yaş aralığını da açıqlayıb: "Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadır".

R.Süleymanovun sözlərinə görə, rəsmi nikaha daxil olan ən yaşlı kişi 83, ən yaşlı qadın isə 72 yaşındadır".

Açar sözlər:

Oxunub: 2000