83 tələbə oxuduğu universiteti dəyişib - RƏSMİ


17:34     05 Yanvar 2017 tehsil%20n0.jpg

Ötən il 83 tələbə bir ali məktəbdən digərinə köçürülüb.


Təhsil Nazirliyindən verilən xəbərə görə, təhsil alanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində Transfer.edu.az elektron portalı yaradılıb. Bu, tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasına xidmət edir. İl ərzində ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib.

Orta-ixtisas təhsili müəssisələri tələbələrinin də bu portal vasitəsilə köçürülməsi nəzərdə tutulub.

2016-2017- ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78545 abituriyent iştirak edib. Ümumilikdə, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017- ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1127