Liftdə köməksiz qaldı - FHN xilas etdi


02:13     11 Noyabr 2016 lift9.jpg

Bakıda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.


Femida.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1127