Liftdə qaldı, köməyə FHN gəldi


17:39     28 Aprel 2017 lift_etaj.jpg

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


FHN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıblar. Əməliyyat saat 10:01-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1329