Bağırsağından 57 büküm heroin çıxdı
00:33 11 Noyabr 2016
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Femida.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı vətəndaşın daxili orqanlarında (mədə və düz bağırsağında) 57 ədəd bükümdə, xalis çəkisi 131,10 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1385