Bağırsağından narkotik çıxdı - İrandan gəlirdi
14:36 16 Sentyabr 2017
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Femida.az DGK-ya istinadən xəbər verir ki, zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə onun düz bağırsağında 4 ədəd bükümdə ümumi xalis çəkisi 2,67 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1657