BMT-nin xüsusi elçisi İrana səfər edib


03:51     14 Noyabr 2016 1477662304.jpg

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Tehrana səfər edib.


Femida.az Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində de Mistura İran rəsmiləri ilə Hələbdəki vəziyyəti müzakirə edib.

Eyni zamanda, BMT-nin Suriya üzrə xüsusi elçisi Suriya böhranının siyasi yolla həllinə dair məsləhətləşmələr aparıb.

BMT-nin yaydığı açıqlamada bildirilir ki, Staffan de Mistura atəşkəsə nail olunması, hava zərbələrinin dayandırılması, əhaliyə humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 1023