BMT-nin baş katibi and içib


01:21     13 Dekabr 2016 yuuyy_3577676.jpg

Bu gün Nyu-Yorkda BMT-nin yeni baş katibi Antoniu Quterreşin andiçmə mərasimi keçirilib.


`Reuters`in verdiyi xəbərə görə, BMT Baş Assambleyasi bu gün Antoniu Quterreşin baş katib vəzifəsinə təsdiq edib.

Təşkilatın sayca doqquzuncu rəhbəri 2017-ci il, yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq.

BMT-nin baş katibi seçildikdən sonra A.Quterreş bir sıra ölkə paytaxtlarına, o cümlədən London, Paris, Pekin, Vaşinqton və Moskvaya səfərlər edib.

Qeyd edək ki, Antoniu Quterreşin 1995-2002-ci illərdə Portuqaliyanın baş katibi, 2005-20015-ci illərdə isə BMT-nin Qaçqınlar üzrə Ali Kommisarı vəzifələrində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1203