ASAN könüllülərindən uğurlu layihə - FOTOLAR
16:53 05 Dekabr 2016
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin iştirakı ilə Multikulturalizm ili və Beynəlxaq könüllülər gününə həsr olunmuş tədbir keçirilib.
Femida.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, sayları 9 mindən çox olan ASAN könüllülərinin 4 il ərzində bu tədbirin timsalında bir çox uğurlu layihələr həyata keçiriblər.
Eyni zamanda Dövlət Agentliyinin sədri bildirib ki, bu il cənab Prezident İlham Əliyev tərəfindən multikulturalizm ili elan edilib. ASAN könüllüləri də multikulturalizm ili çərçivəsində Sabirabad rayonunda “Novruz - Dostluq Festivalı”, “Koreya mətbəxi günləri” və bir sıra tədbirlər reallaşdırıblar.
Tədbirdə Sumqayıt “ASAN xidmət” mərkəzinin 31 könüllüsü tərəfindən bir çox xalqların rəqsləri ifa olunub. Həmçinin, tədbirdə könüllülər dahi Rəşid Behbudovun və xalq artisti, bəstəkar-müğənni Polad Bülbüloğlunun mahnıları ilə yanaşı xarici müsiqilər də ifa ediblər.
Femida.az
Oxunub: 1494
Oxşar xəbərlər
- ASAN Radio 2 yaşında
- ASAN və ISESCO arasında Anlaşma Memorandumu imzalanıb
- ASAN-çıların sayı artırılıb
- ASAN könüllüləri “ASAN Radio”nun qonağı oldu
- ASAN könüllüləri İcra Hakimiyyətində təcrübə keçirlər
- Asan pul qazanmağın yolu – Onlayn ticarətin üstünlükləri
- ASAN könüllüləri vətəndaşlara hüquqi yardım göstərdi
- ASAN Könüllüləri Cocuq Mərcanlıda
- ASAN Xidmət turistlərə viza verəcək
- ASAN Məktub Lahıcda