ASAN könüllüləri “ASAN Radio”nun qonağı oldu
19:33 12 Avqust 2017
Binəqədi rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə RİH-də təcrübə keçən 10-cu qrup ASAN könüllüləri “Beynəlxalq Gənclər Günü münasibətilə “ASAN Radio” nun qonağı olublar.
Femida.az-ın məlumatına görə, ASAN könüllüləri “ASAN Radio”nun rəhbərliyi ilə görüşüblər.
Görüşdə “ASAN Radio”nun direktoru Emin Musavi, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rüfət Əhmədov, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri iştirak ediblər.
E. Musavi “ASAN Radio” haqqında geniş məlumat verib, habelə Binəqədi rayonunda son illərdə gedən abadlıq-quruculuq işlərindən, o cümlədən, rayonun saytının, “Facebook” səhifəsinin operativliyindən danışıb.
L. Kərimova isə “ASAN Radio”nun kollektivini 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edib.
Sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN könüllüləri fikirlərini bölüşüblər.
Görüşdən sonra könüllülər “ASAN Radio”nun inzibati binası ilə tanış olublar.
Femida.az
Oxunub: 1098
Oxşar xəbərlər
- ASAN Radio 2 yaşında
- ASAN və ISESCO arasında Anlaşma Memorandumu imzalanıb
- ASAN-çıların sayı artırılıb
- ASAN könüllüləri İcra Hakimiyyətində təcrübə keçirlər
- Asan pul qazanmağın yolu – Onlayn ticarətin üstünlükləri
- ASAN könüllüləri vətəndaşlara hüquqi yardım göstərdi
- ASAN Könüllüləri Cocuq Mərcanlıda
- ASAN könüllülərindən uğurlu layihə - FOTOLAR
- ASAN Xidmət turistlərə viza verəcək
- ASAN Məktub Lahıcda