Futbolçu oyun zamanı öldü


02:31     07 Dekabr 2016 952663bf-39c9-4c3a-b7a6-70e3a2b4088d.jpg

Tanzaniyada "Mbao" klubunun futbolçusu İsmayıl Xalfan oyun zamanı dünyasını dəyişib.


Tanzaniya Futbol Federasiyasının yaydığı məlumata görə, 19 yaşlı futbolçu matçın 74-cü dəqiqəsində rəqib oyunçu ilə toqquşduqdan sonra yerə yıxılıb və huşunu itirib.

Gənc futbolçuya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya göndərilir. Lakin o, yolda dünyasını dəyişir.

Həkimlərin məlumatına görə, futbolçunun ürəyi tutub və o, buna davam gətirə bilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1280