800 minlik cinayət edən şəxsin məhkəməsi oldu


20:54     22 Dekabr 2016 1444642007_mehkeme-2.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Femida.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə R.Əhmədovun vəkili Adəm Məmmədovun verdiyi vəsatət təmin edilib.

A.Məmmədov hakimlər kollegiyasına etiraz vermək üçün vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin qohumudur. O, Çingiz Baxşıyevdən və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevadan, ümumilikdə 800 min manat məbləğində qızıl və nağd pul alaraq qaytarmayıb.

Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

Açar sözlər:

Oxunub: 1217