Türkiyədən İŞİD-ə böyük zərbə


18:59     22 Yanvar 2017 amerika_savas_ucaklari_isidi_vurdu_h14205.jpg

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” hərəkatı çərçivəsində əməliyyatları davam etdirir.



"Anadolu" agentliyinin məlumatına görə, əməliyyatların 152-ci günündə türk qırıcıları İŞİD terror qruplaşmasının Suriyadakı 165 hədəfini vurub və 11 terrorçunu zərərsizləşdirib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri “Azad Suriya Ordusu”nun döyüşçüləri ilə birlikdə “Fərat qalxanı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.

Açar sözlər:

Oxunub: 1205