Türkiyədən Ermənistana təyyarə rəysi açılmayacaq


01:25     01 Dekabr 2017 teyyare%20yoxa.jpg

Türkiyədən Ermənistana təyyarə rəysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil.


Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: "O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir".

Qeyd edək ki, "Anadolu agentliyi"nin ingilis dili bölməsində noyabrın 24-də Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.

Açar sözlər:

Oxunub: 1328