Generalın Çexiyada villa alması xəbərinə RƏSMİ MÜNASİBƏT
16:18 26 Yanvar 2017
Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın Karlovı Varı şəhərində villasının olması xəbərinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi vəzifəsini icra edən Ehsan Zahidov Femida.az-a açıqlamasında bildirib ki, Karlovı Varıda villa sahibi olan Sahib Mirzəyev əslində başqa şəxsdir:
“DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi olan Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb. Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə Bakı şəhərində anadan olmuş və 2001-ci ildən Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur”.
Femida.az
Oxunub: 1993
Oxşar xəbərlər
- Generalın bacısı oğlu və daha iki nəfər həbs edildi
- Generalın məhkəməsində dava düşdü
- Generalın 80 illik yubileyi qeyd olunub - FOTO
- Generalın qətiyyəti... 1967-ci il, Xankəndi şəhəri...
- Generalın səhvi : Qaçqın düşərgəsi bombalandı
- Generalın azyaşlı oğlunu döyənlərdən xəbər var
- Generalın arvadının poliklinikasında yoxlama - Video
- Generalın qovduğu polis rəis təyin olundu
- Generalın oğlu rəis təyin edildi
- Generalın həbsdən görüntüləri yayıldı - FOTO