Generalın məhkəməsində dava düşdü


17:20     21 Sentyabr 2017 026-1024x7681-1024x768.jpg

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Elçin Quliyev məhkəmədə bildirib ki, bura gələn şahidlər öyrədilib: "Bunların hamısı papaq altında oturanlardır".

Maqsud Mahmudov isə buna etiraz edib: "Sənin kimi şərəfsiz, ləyaqətsiz generallar Heydər Əliyevin yaratdığı MTN-i dağıtdılar. Sən o şöbədə nə işləmisən? Hamı İlqar elədiyini deyir. Amma epizodları sən danışırsan".

Bu zaman Elçin Quliyev yerindən qalxaraq zərərçəkənlərin hamısını dələduz adlandırıb: "Bunlar hamısı prokurorun öyrətdikləri adamlardır. Bığ altında yatanları bura gətiriblər".

Mübahisə qızışıb. Elçin Quliyev və Maqsud Mahmudov bir-birinə su butulkasını atıblar.

Hali Maqsud Mahmudovu zaldan çıxarılıb.

Proses sabah davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1173