Çingiz Qurbanovla bağlı Avropa Məhkəməsinə şikayət edilib
17:38 10 Fevral 2017
"Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib. Bu cinayətlər hələ də davam edir".
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bu gün Milli Məclisdə "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Ç.Əsgərov bildirib ki, orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar: "Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir. Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər. Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır. Bu baxımdan bu gün müzakirə edilən qanun layihəsinin qəbulu mühüm əhəmiyyət kəsb edir".
PA rəsmisi vurğulayıb ki, Milli Qəhrəman Çingiz Qurbanovun nəşinin alınması üçün böyük addımlar atılıb: “Möhtərəm prezidentin göstərdiyi səylər danılmazdır. Həmin hadisə ilə bağlı azərbaycanlı hüquqşünaslar tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib. Bu gün aldığım məlumata görə bu iş icraata götürülüb”.
Sektor müdiri həmçinin bildirib ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib və həmin işlər artıq icraata götürülüb.
Femida.az
Oxunub: 4050
Oxşar xəbərlər
- Çingiz Qurbanov haqqında film çəkilib
- Çingiz Qurbanova `Azərbaycanın Milli Qəhrəmanı` adı verilib
- Çingiz Qurbanov cənazəsi Bakıya yola salındı
- Çingiz Abdullayevə daha bir vəzifə verildi
- Çingiz Mustafayevin ad günüdür - 56 yaş
- Çingiz Mustafayevin çin olan arzusu
- Çingiz Abdullayev: “İstefa verməyəcəyəm”
- Çingiz Abdullayev baş məşqçini qovdu
- Çingiz Abdullayevə yeni vəzifə