Yollar buz bağlayacaq
13:53 12 Fevral 2017
Fevralın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Femida.az
Oxunub: 2059
Oxşar xəbərlər
- Yollar buz bağlayacaq
- Yollarda təhlükəsizlik tədbirləri gücləndirilib
- Yollar canlar aldı - Statistika
- Yollarda sürət həddi aşağı salındı - Diqqətli olun
- Yollarda SON VƏZİYYƏT
- Yollarda vəziyyət necədir? - Açıqlama
- Yollarda sürət həddi artırıldı
- Yollarda sürət həddi endirildi - Sürücülərin nəzərinə
- Yollarda vəziyyət necədir?
- Yollar buz bağlayıb? - AÇIQLAMA