Səhiyyə Nazirliyi: 192 saxta diplom aşkarlanıb


19:29     14 Fevral 2017 saxta%20diplom.jpg

Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.


Nazirliyin Hüquq və daxili nəzarət sektorundan verilən məlumata görə, 2016-cı il saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

“Səhiyyə Nazirliyinin “Qaynar xətti”nə 762 şikayət daxil olub. Nəticədə 9 nəfər barədə məsuliyyət tədbiri görülüb”, - deyə nazirlikdən bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1197