Torpaq sahələri ilə bağlı dəyişiklik


20:21     14 Fevral 2017 mese.jpg

Azərbaycanda meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfəyədək artırılıb.


Femida.azın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik müzakirə edilib.

Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək. Hazırda isə bu müddət 1 ildən 10 ilə qədərdir.

Layihə səsə qoyularaq qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1428