Torpaq satan bələdiyyə sədrinin məhkəməsi başlayıb


21:42     30 İyun 2017 1429886643_mehkeme-texir.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, V. Nəbiyev Abşeron rayon Məhəmmədli Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. O, bu vəzifədə çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul alıb. Bundan sonra V. Nəbiyev vədinə əməl etməyib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. (Apa)

Açar sözlər:

Oxunub: 761