Xarici diplomatlar Cocuq Mərcanlıda
18:19 15 Fevral 2017
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.
Femida.az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov müşayiət edir. Ə. Həsənov 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verib.
Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrilib. Komitə sədri ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib.
Komitə sədri ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivi üçün nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işləri aparıldığını diqqətə çatdırıb.
Ə. Həsənov bu zaman su quyusundan 5 ədəd partlamamış minaatan mərmisi aşkarlandığını da diqqətə çatdırıb.
Femida.az
Oxunub: 1733
Oxşar xəbərlər
- Xarici mütəxəssislər alpinistlərin axtarışında - FOTO + VİDEO
- Xarici vətəndaşlar Azərbaycanda torpaq mülkiyyətçisi ola bilər?
- Xarici işlər nazirlərinin Tbilisi görüşünün gündəliyi açıqlandı
- Xarici vətəndaşlar Şamaxı dağlarında köməksiz qalıb - FHN köməyə getdi
- Xarici diplomların tanınmasında YENİLİK
- Xarici ölkədə bağlanılan nikah Azərbaycanda tanınırmı?
- Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqlənib
- Xarici ölkələrlə görüntülü danışıq niyə mümkün deyil?
- Xarici telekanallarda reklamlar qadağan olunur - Azərbaycanda
- Xarici işlər naziri istefa verdi - Braziliyida