Xarici telekanallarda reklamlar qadağan olunur - Azərbaycanda
18:30 08 May 2017
Azərbaycanda yayımlanan xarici ölkələrin telekanallarında reklamların nümayişi qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyacaq.
Femida.az-ın məlumatına görə, bu, yeni hazırlanmış “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13-cü (Yayımçının hüquq və vəzifələri) maddəsində əks olunub.
Maddəyə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır. Retranslyasiya olunan telekanallarda xarici reklamların yayımlanmasına görə yayımçı məsuliyyət daşıyır.
Maddədə o da təsbit olunub ki, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.
Femida.az
Oxunub: 1397
Oxşar xəbərlər
- Xarici mütəxəssislər alpinistlərin axtarışında - FOTO + VİDEO
- Xarici vətəndaşlar Azərbaycanda torpaq mülkiyyətçisi ola bilər?
- Xarici işlər nazirlərinin Tbilisi görüşünün gündəliyi açıqlandı
- Xarici vətəndaşlar Şamaxı dağlarında köməksiz qalıb - FHN köməyə getdi
- Xarici diplomların tanınmasında YENİLİK
- Xarici ölkədə bağlanılan nikah Azərbaycanda tanınırmı?
- Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqlənib
- Xarici ölkələrlə görüntülü danışıq niyə mümkün deyil?
- Xarici işlər naziri istefa verdi - Braziliyida
- Xarici diplomatlar Cocuq Mərcanlıda