İranlı iş adamı Astarada kivi bağları salır
19:43 22 Aprel 2017
Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İran İslam Respublikasının Rəşt şəhərindən dəvət olunmuş sahibkar Seyidməhəmməd Nəimi tərəfindən rayonda yeni kivi bağlarının salınmasına başlanılıb.
İranlı sahibkar Femida.az -a müsahibəsində deyib: “Astara rayonunun Şahağac kəndində 15, Səncərədi kəndində isə 10 hektar ərazidə kivi bağlarının salınmasına başlamışıq. Artıq hər iki kənddə torpaq sahələri əkinə hazır vəziyyətə gətirilib. Əkin işlərinə sentyabr ayında başlanılacaq. Buna qədər isə hər iki ərazidə su hovuzları tikiləcək, suvarma sistemləri quraşdırılacaq. Yeni bağların suvarılması prosesi damcı üsulu ilə həyata keçiriləcək”.
Gələcəkdə Astara rayonunda 300 hektar ərazidə kivi bağlarının salınmasının nəzərdə tutulduğunu vurğulayan S.Nəimi iki il əvvəl Astarada və Bakı şəhərində olduğunu, Azərbaycanda gördüklərinə heyran qaldığını deyib. “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Astaranın füsunkar təbiəti isə insanın ruhunu oxşayır. Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində insanların mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Ölkənin sərhəd-buraxılış məntəqələrində “ASAN viza” sisteminin tətbiqi Azərbaycana turist axınına səbəb olub. Bir aydan sonra ailəmlə birlikdə yenidən Astaraya gələcəyəm”, - deyə o bildirib.
Femida.az
Oxunub: 1145
Oxşar xəbərlər
- İranlı nazirin Bakı səfəri təxirə salındı
- İranlı tələbəni öldürən beş nəfər həbs olunub
- İranlı jurnalist İsrailə qaçdı
- İranlı qadın spikerin pivəli fotosu ölkəni qarışdırdı
- İranlı nazir Türkiyədədir - Qətər böhranına görə
- İranlı tələbə Bakıda boğulub öldü
- İranlılar İngiltərə banklarını məhkəməyə verdilər
- İranlı külli miqdarda dollar aparmaq istədi
- İranlı tələbələrdən Xocalı soyqırımı ilə bağlı bəyanat
- İranlı biznesmenlər Azərbaycana investisiya qoymaq istəyir