Külli miqdarda siqaret müsadirə edilib


17:18     05 May 2017 siqarettt.jpg

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsindən aksiz markası olmayan, üzərində "Comet" yazısı olan 1720 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 832