Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
17:05 28 Sentyabr 2017
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 0,110 qram heroin aşkar edilib.
Tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq ümumi çəkisi 9 kiloqram 230 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Növbəti uğurlu tədbir Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşlarının şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Fərəcovun evinə keçirdikləri baxış zamanı oradan ümumi çəkisi 1 kiloqramdan artıq olan marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.
Oxunub: 724
Oxşar xəbərlər
- Külli miqdarda narkotik müsadirə olunub
- Külli miqdarda pirotexniki vasitə tapıldı
- Külli miqdarda qanunsuz dərmanın qarşısı alındı
- Külli miqdarda qızıl və pul oğurlayanlar tutulub
- Külli miqdarda araq müsadirə edilib
- Külli miqdarda siqaret müsadirə edildi
- Külli miqdarda siqaret aşkarlandı
- Külli miqdarda siqaret aşkarlanıb - Gömrükdə
- Külli miqdarda rublun ölkədən çıxarılmasının qarşısı alındı
- Külli miqdarda siqaret müsadirə edilib