Xırdalanda sex yanıb


15:04     17 May 2017 femida%20yangin25.jpg

Abşeron rayonunun Xırdalan şəhərində vətəndaşa məxsus, bir dam altında tikilmiş ümumi sahəsi 140 m² olan daş plitələr hazırlanan sexin yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 80 m² sahədə yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məıumata görə, bitişik anbar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 659