Xırdalanda oğurlanan avtomobil Bakıda tapılıb
15:41 13 Dekabr 2017
Abşeron Rayon Polis İdarəsinə Xırdalan ərazisində şəhər sakini Əliş İmanova məxsus “OKA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılaraq istintaqa təhvil verilib.
Polis İdarəsində aparılan araşdırmalarla onun Xırdalan şəhər sakini Yunis İmanov olduğu müəyyən edilib. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 20-də şəhər ərazisindən Saray qəsəbə sakini Ağabəy Kələntərliyə məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da aşkar edilib.
Polis əməkdaşları tərəfindən “OKA” markalı avtomobil Yasamal rayonu ərazisində tapılaraq maddi sübut kimi götürülüb.
Y. İmanovun “VAZ-2106” markalı avtomobili isə hissələrə bölərək metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Həmin avtomobilin bəzi hissələri onun yaşadığı evin həyətindəki zirzəmidən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Femida.az
Oxunub: 680
Oxşar xəbərlər
- Xırdalanda yanğın: Polis və tibb bacısı zəhərləndi
- Xırdalanda yanğın: Sakinlər təxliyə edilib
- Xırdalanda qəza: Sürücü öldü
- Xırdalanda ev yandı
- Xırdalanda narazılıq: Evlərin arasında zavod tikilib (VİDEO)
- Xırdalanda məktəbli itkin düşüb
- Xırdalanda binada yanıb - 3 nəfər təxliyə edilib
- Xırdalanda su problemi həll olunur
- Xırdalanda sex yanıb
- Xırdalanda 4 otaqlı ev yandı