Oğul anasını güllələyərək qaçıb


16:39     29 May 2017 ov-tufengi-ov-tufengi.jpg

Mingəçevirdə oğul anasını qətlə yetirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 27-də Mingəçevir şəhər sakini Kəmalə Məhərrəmovanın döş nahiyəsinə tüfəngdən açılan atəşlə qətlə yetirilməyə xarakterik olan meyiti evində tapılıb.

Hadisənin K.Məhərrəmovanın oğlu Nail tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1736