Oğul atasını güllələdi


16:28     21 Noyabr 2017 gulleleyib.jpg

Quba rayonunda oğul atasını güllələyib.


Femida.az-ın xəbərinə görə, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2268