32 dərəcə isti olacaq
13:17 30 May 2017
Bu gün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz 24-29° isti, Bakıda gecə 15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1616
Oxşar xəbərlər
- 32 yaşlı qadın hamamda öldü
- 32 yaşlı həyat yoldaşını döyüb, xəstəxanalıq etdi
- 32 yaşlı qadın özünü asıb
- 320-dən çox İŞİD üzvünü məhv etmiş snayper həlak olub - VİDEO
- 320-dək aviareys təxirə salındı - Qasırğaya görə
- 32 yaşlı kişi özünü asdı
- 32 mindən çox abituriyent ixtisas seçimi edib
- 32 il əvvəl qaçmış məhbus tutulub
- 32 dərəcə isti olacaq
- 32 bank bir ayı zərərlə başa vurub